Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlandıbackend

Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar.

Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər.

Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.

Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.Hər iki şəxsin sol ayağı amputasiya edilib.

Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.