Son illər ölkənin bəzi məktəblərində texnologiya və musiqi kimi fənlərin ikinci dərəcəli hesab olunması, onların yerinə Azərbaycan dili və riyaziyyat dərslərinin keçirilməsi kimi hallara tez-tez rast gəlinir.
NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu hallar təhsil sistemində ciddi suallar doğurur: əgər bu fənlər şagirdlərin inkişafında rol oynamırsa, formal olaraq saxlanılmasının məqsədi nədir? Yox əgər həqiqətən vacibdirsə, niyə bir çox məktəbdə yalnız “dərs olsun deyə” keçirildiyi görünür? Bəs çıxış yolu nədir – bu fənlərin ləğvi, yoxsa onların real məzmunla və keyfiyyətlə təmin olunması? Məsələ həm müəllimlər, həm valideynlər, həm də təhsil ekspertləri üçün aktuallığını qorumağa davam edir.
Bu məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu öz fikirlərini bölüşüb.













