"İPhone" 18 Pro modeli ilk dəfə görüntüləndi: Qarşıda yeni rənglər var

"İPhone" 18 Pro modeli ilk dəfə görüntüləndi: Qarşıda yeni rənglər var

"Apple" şirkəti sentyabr ayında "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərini təqdim edəcək. Bu ilin əsas rəngi isə "Dark Cherry" (Tünd gilas) olacaq. Bəs bu rəng "iPhone"da necə görünəcək? Yeni "Pro" modellərindən ilk görüntülər artıq yayılıb.

NOCOMMENT.az xəbər verir ki, "iPhone 18 Pro" ilə bağlı həyacan pik nöqtəyə çatdığı bir vaxtda, böyük bir sızıntı bizə "Apple"ın 2026-cı il amiral gəmisi modelinin necə görünəcəyi barədə təsəvvür yaradır. İstehsal xəttindən sızan fiziki model hissələri indiyə qədərki ən ətraflı görüntüləri ortaya qoyub. Bununla da "Kozmik Narıncı" (Cosmic Orange) dövrü rəsmən başa çatır və yerini cəlbedici "Dark Cherry" rəngi də daxil olmaqla daha ağır və sofistike yeni bir palitraya verir.

"iPhone 18 Pro"nun istehsala hazır dizaynı – hamının maraqla gözlədiyi "Dark Cherry" də daxil olmaqla – üç fərqli rəngdə görüntülənib. Bir çox şayiələrə görə, "Apple" "iPhone 18 Pro" modelləri üçün tünd qırmızı rəngi sınaqdan keçirirdi. Bu rəng, "iPhone 17 Pro"dakı "Kozmik Narıncı" rənginə bənzər şəkildə, şirkətin 2026-cı ildə seçəcəyi xüsusi rəng olacaqdı. "Apple"ın planlaşdırdığı digər iki rəng ise "Açıq Mavi" (Light Blue) və əvvəlki modeldə olmayan "Tünd Boz"dur (Dark Gray). Klassik üslub sevənlər üçün bu il də "Gümüşü" (Silver) rəng seçiminin olacağı gözlənilsə də, bu rəng yeni paylaşılan fotolarda bəlli olmur. Sözügedən dörd rəng "iPhone 18 Pro"nun ilk sızdırılan prototiplərində də özünü göstərmişdi. Bu da "Apple"ın böyük ehtimalla məhz bu tonlardan istifadə edəcəyinə dair növbəti bir işarədir.

"iPhone 18 Pro" modellərinin "Apple"ın ilk qatlanan smartfonu ilə birlikdə bu ilin sentyabrında nümayiş olunacağı gözlənilir. Qatlanan "iPhone Ultra" modelinin isə daha sadə rəng seçimlərinə sahib olacağı bildirilir. Hazırda bu model üçün yalnız gümüşü, ağ və indigo rəngləri barədə şayiələr gəzir.