Rusiyaya məxsus Su-30 qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərin yayılmasından sonra izləyicilərimiz bu qırıcı təyyarə haqqında da geniş məlumat almaq istəyində olduqlarını bildirdilər.
NOCOMMET.az xəbər verir ki, NATO hesabatlarında adı : Flanker -C kimi qeyd edilən Su-30 4-cü nəsil sovet və rus iki yerlik çoxməqsədli qırıcıdır .
Su-30 hava hədəflərini məhv etmək, düşmənin böyük dərinlikdə aerodromlarını bloklamaq, quru və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub . Su-30 həm sadə, həm də mürəkkəb meteoroloji şəraitdə hava üstünlüyü əldə etmək, düşmənin hava hücum qüvvələrini məhv etmək , hava kəşfiyyatı aparmaq və yer hədəflərini məhv etmək üçün qrup döyüş əməliyyatlarına nəzarət etmək üçün də istifadə edilə bilər.
31 dekabr 1989-cu ildə ilk uçuşunu edən SU-30
1992-ci ildən əməliyyatlarda iştirak edib. SU-30 təyyarəsinin də digər təyyarələr kimi müxtəlif versiya və növləri var
Hindistan, Rusiya, Çin, Əlcəzair, Vyetnam və dünyanın 30-dan çox ölkəsinin hərbi arsenalında yer alıb.
Xatırladaq ki, 44 günlük müharibədən əvvəl və sonra Ermənistan adıgedən qırıcı təyyarədən alaraq Müdafiə Nazirliyinə təslim etmişdi.
Sonradan Ermənistan hakimiyyətinə məxsus media etiraf etmişdir ki, bu təyyarələr Rusiyanın şişirtdiyi kimi çoxtəyinatlı deyil, hətta keyfiyyəti çox aşağıdır.
Əntiqə Rəşid












