Tibb Universitetinin onlarla əməkdaşı koronavirusa YOLUXDUbackend

Tibb Universitetinin onlarla əməkdaşı koronavirusa YOLUXDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasınının daha 25 əməkdaşı koronavirusa yoluxub. Bununla da Klinikada ümumilikdə COVİD-19-a yoluxanların sayı 58-ə çatıb.

NOCOMMENT xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.

G.Aslanovanın sözlərinə görə, onlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçidir: “Onlardan sağalıb evə gedənlər də var, hazırda müalicəsi davam etdirilənlər də var”.