“Tikinti şirkəti məndən xəbərsiz evimi yerlə-yeksan edib” – VİDEObackend

“Tikinti şirkəti məndən xəbərsiz evimi yerlə-yeksan edib” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Pilot İnşaat-A” MTK vətəndaşa xəbərdarlıq etmədən onun evini əşyaları ilə birgə yerlə -yeksan edib.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə “Xəzər Xəbər”ə müraciət edən vətəndaş deyir ki, 2017-ci ildən bu yana evsizdir və MTK ona kompensasiya ödəmir.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi Camal Rzayev iddia edir ki, 2017-ci ildə “Pilot İnşaat – A” adlı MTK tərəfindən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 ünvanındakı fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan sökülüb.

Camal Rzayev iddia edir ki, onun fərdi evi 240 kvadratmetr olduğu halda “Pilot İnşaat – A” MTK vətəndaşa 150 kvadratmetr mənzil təklif edib.

Bundan sonra vətəndaş məhkəməyə müraciət edib.

Camal Rzayev iddia edir ki, məhkəmə qərarına əsasən “Pilot İnşaat – A” MTK vətəndaşa 181 min manat da ödəməlidir. Vətəndaşın iddialarına aydınlıq gətirilməsi üçün “Pilot İnşaat – A” MTK-nın ofisinə yaxınlaşdıq. Özünü MTK rəhbəri kimi təqdim edən Valeh Ağayev suallarımızın cavabının şirkətin hüquqşünası Etibar Paşayev tərəfindən cavablandırılacağını desə də, o, telefon zənglərimizə cavab vermədi. Görünən odur ki, tərəflər yenidən məhkəmə müstəvisində görüşməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.