TikTok üçün daha bir şok! Daha iki ölkədə qadağan edildibackend

TikTok üçün daha bir şok! Daha iki ölkədə qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya parlamenti və Şotlandiya hökuməti təhlükəsizlik baxımından dünyaca məşhur sosial media platforması TikTok-u bütün elektron cihazlarda qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, dünyaca məşhur sosial media platforması TikTok-un Çin hökumətinə yaxınlığı və bütün dünyada istifadəçi məlumatlarını saxlaması ilə bağlı narahatlıqlar səbəbindən qadağan edildiyi açıqlanıb.

Qadağa çərçivəsində parlamentə gələn deputatların və qonaqların parlamentin simsiz internet şəbəkəsi üzərindən TikTok-a daxil ola bilməyəcəyi bildirilib.

Şotlandiya hökuməti də proqramın rəsmi cihazlarda qadağan ediləcəyini açıqlayıb.

Şotlandiyanın baş nazirinin müavini Con Svinni verdiyi açıqlamada dərhal başlayacaq qadağanın işçilərin istifadə etdiyi şəxsi cihazları əhatə etməyəcəyini bildirib.

NOCOMMENT.AZ