“Titanik”dəki menyu bu qiymətə satıldı – FOTObackend

Titanik“dəki menyu bu qiymətə satıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada keçirilən hərracda 1912-ci ilin aprelində batan “Titanik”dəki birinci dərəcəli sərnişinlər üçün şam yeməyi menyusu 84 min funt sterlinqə (təxminən 174 min manat) satılıb.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, sözügedən menyu 11 aprel 1912-ci il tarixlidir. Həmin gün birinci dərəcəli sərnişinlərə istiridyə, mal, quzu, ördək əti, cəfəri püresi, kalamar, qızılbalıq, həmçinin desertlər verilib.

Kağız parçası mərhum tarixçi Len Stivensonun 1960-cı illərin fotoalbomundan qızı və kürəkəni tərəfindən tapılıb. Menyunu gəmi qəzasından sağ çıxanlardan birinin ona verdiyi ehtimal olunur.

Qeyd edək ki, aprelin 14-də axşam saatlarında Titanik aysberqlə toqquşub və ertəsi gün batıb.