Tofiq Yaqublunun nədə ittiham olunduğu bilindi – Başqa təqsirləndirilən də varbackend

Tofiq Yaqublunun nədə ittiham olunduğu bilindi – Başqa təqsirləndirilən də var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tofiq Yaqubluya qarşı açılan cinayət işində başqa təqsirləndirilən şəxs də var”.

NOCOMMENT.az xəbər verir ki,bunu Meydan TV-yə onun vəkili Aqil Layıc bildirib.

O, istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib.

Aqil Layıc bildirib ki, Tofiq Yaqubluya dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamlar irəli sürülüb:

“Bu bir növ mühacir al-verinə bənzər bir şeydir. Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”.

Xatırladaq ki, ötən gün – dekbarın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb.