Tonoyandan şok iddia: Qasparyan savaşın dördüncü günü dedi ki…backend

Tonoyandan şok iddia: Qasparyan savaşın dördüncü günü dedi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onik Qasparyan müharibənin dördüncü günü dedi ki, savaş dayandırılmalıdır, bu barədə bizə hesabat təqdim etdi”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.

Tonoyan keçmiş qərargah rəisi Onik Qasparyanın müharibənin dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında bir hesabat təqdim etdiyini bildirib: “Bu hesabata görə, müharibə dayandırılmalı idi”.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının iclaslarında dövlət sirləri müzakirə olunur və indi onun dövlət sirrini açıqlamaq istəyi yoxdur: “Müharibənin nəticələri və gedişatı barədə düzgün araşdırma aparıldıqda, bütün suallara cavab alacağıq. Bu araşdırmada iştirak etməyə hazıram”.

Keçmiş müdafiə naziri müharibədə Azərbaycana qarşı “İsgəndər” raketlərinin istifadə edilib-edilməməsi ilə bağlı sualı da cavabsız qoyub. O, dövlət sirlərini açmaq fikrində olmadığını söyləyib.