Məhkəmə Tonoyanı azad etmədibackend

Məhkəmə Tonoyanı azad etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanı həbsdən azad etməkdən imtina edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Ovanisyan məlumat verib.

Məhkəmə Tonoyanın barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişməz saxlayıb.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi keçmiş nazirin zaminə buraxılması ilə bağlı vəsatət qaldırıb. Tonoyan nazir olduğu müddətdə dövlətdən aldığı mənzili girov qoymağı təklif edib. Mülk 35 milyon dram (təxminən 85 min dollar) dəyərində qiymətləndirilib.

Məhkəmə eks-nazirin azadlığa buraxılmamasını Tonoyanın azadlıqda şahidlərə təzyiq göstərə bilməsi ilə əsaslandırıb.

Xatırladaq ki, keçmiş müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin texniki mülkiyyət xidməti rəisi Artyom Ambaryan, aviasiya idarəsinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iş adamı David Qalstyan iştirak ediblər.

İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. Onlar təqsirlərini etiraf etmirlər.