Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı – FOTObackend

Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.

Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın feysbukda topçunu təhqir edəcək rəy yazmışdı.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-a verilən məlumata görə, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhi ilə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ barədə izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib: “O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər V.Şahkərimovun valideynindən şəxsən üzr istədiyini qeyd edib.

M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə təhsil nazirinin əmri ilə töhmət verilib”.