Torontoya uçan sərnişin təyyarəsi təcili eniş edibbackend

Torontoya uçan sərnişin təyyarəsi təcili eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mexikodan Torontoya uçan Air Canada təyyarəsi Amerikanın Hyuston şəhərində təcili eniş etmək məcburiyyətində qalıb. Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən CTV News məlumat yayıb.

“Air Canada” aviaşirkətinin Torontoya uçan təyyarəsi Hyustonda təcili eniş edib”, – məlumatda deyilir.

Aviaşirkətdən verilən məlumata görə, göyərtəsində 166 sərnişin olan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən kabinədəki hava təzyiqində kəskin enmə müşahidə olunub.