KoronaVirus İnformasiya Portalı
Tovuz təxribatında əli olan rus generallar kimdir? – Sabiq dövlət müşavirindən ŞOK  AÇIQLAMAbackend

Tovuz təxribatında əli olan rus generallar kimdir? – Sabiq dövlət müşavirindən ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tovuz rayonuna hücum etməsinin məqsədi və hazırladığı plan rəsmi və qeyri-rəsmi mənbələr vasitəsi ilə ifşa olunur. Siyasi şərhçilər qeyd edirlər ki, hücumun əsas məqsədi strateji yüksəklikləri ələ keçirməklə, Azərbaycana məxsus neft, qaz və digər kommunikasiya vasitələrini nəzarət etmək idi.

Amma Ermənistan və havadarları məqsədlərinə nail ola bilmədilər. Artıq təxribat zamanı Ermənistana hərbi yardım edən, silah-sursat göndərən, hərbi texnikanın öz ərazisindən keçməsinə icazə verən dövlətlər, Tovuza hücum zamanı mövqe bildirməyən və ya bitərəf qalan beynəlxalq təşkilatlar bir-bir ictimaiyyətin diqqətinə çatdırılır. İndi cəmiyyət xəbərdardır ki, Tovuza hücum zamanı əsgərlərimizə Serbiya istehsalı minaatanlardan atəş açılıb. Həmin minaatanlar və digər bir çox silah-sursat Ermənistana Gürcüstan ərazisindən daşınıb.

Bəs, həmin dövlət və ya dövlətlər Tovuza hücum zamanı Ermənistana birbaşa kömək edibmi?

NOCOMMENT xəbər verir ki, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli missiya.az-a açıqlamasından bildirib ki, Ermənistanın Tovuza hücumu zamanı əməliyyatlarda Rusiya ordusunun hərbçilərinin iştirak ehtimalı var: “Çünki Rusiya ilə Ermənistan arasında 49 illik hərbi müqavilə var. Bu müqavilənin müddialarından biri də müharibə və fövqəladə hal baş verəcəyi zaman Rusiya və Ermənistan ordusunun rəhbər heyəti əməliyyatları birlikdə aparacaqlar. Mənim zənnimcə, Tovuza hücum zamanı əməliyyatlarda rus ordusunun yüksək rütbəli generalları iştirak edirdi. Ən azından Gümrü şəhərindəki 102-ci bazanın həbçiləri orda olub”.

Qabil Hüseynli tarix boyu Ermənistanın Rusiya tərəfindən maşa kimi istifadə edildiyini qeyd edib: “Ümumiyyətlə, tarixi faktlara diqqət yetirsək, ermənilər hələ dövlət qurmamışdan əvvəlki dövrlərdən ruslara sığınıblar və onların əlində maşa rolunu oynayıblar. Rusiya İmperiyası isə ermənilərdən başqa xalqları özünün nəzarətinə keçirmək üçün alət kimi istifadə edib. Bu proses xüsusilə Cənubi Qafqaz regionunda – azərbaycanlılara, türklərə və gürcülərə qarşı həyata keçirilib”.

Politoloq bildirib ki, Tovuz təxribatının anatomiyası tam açılmayıb: “Mənim zənnimcə, Rusiya Dağlıq Qarabağ probleminin öz məqsədlərinə uyğun Azərbaycana təzyiq göstərmək istəyir. Rusiya Azərbaycanı təslimçi sülhə məcbur etmək istəyir. Bu təzyiqləri birbaşa deyil, Ermənistanın əli ilə göstərir. Amma plan baş tutmadı. Ermənistan Azərbaycan ordusunun güclü müqaviməti ilə qarşılaşdı və geri çəkildi”.

Siyasi şərhçi Rusiyanın Ermənistanı Aprel döyüşlərində olduğu kimi, Tovuz təxribatı zamanı da Azərbaycanın zərbələrindən xilas etdi: “Silahlı Qüvvələrimiz Ermənistan ordusunu sıxışdıranda Rusiya araya girdi və 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi hərbi əməliyyatların dayandırılmasına, atəşkəs rejiminin bərpasına nail oldu. Ermənistanın baş naziri Nikol Paşinyan özü də etiraf edib ki, bölgədə atəşkəs rejiminin bərpasında Rusiya həlledici rol oynayır. Məncə, üzdə görünməsə də, Rusiya daxildə proseslərin idarə olunmasında mühum rol oynadı”.

Qeyd edək ki, Ermənistan iyulun 12-də dövlət sərhədinin Tovuz istiqamətində təxbirata cəhd edib. Düşmən təxribatının qarşısı uğurla alınıb.