Hindistanda baş tutan toy mərasimində ofisiant şirniyyat oğurladığı üçün 11 yaşlı Çaman adlı oğlan uşağını yanan sobaya atıb.
NOCOMMENT.az–ın xəbərinə görə, bu barədə “NDTV” telekanalı məlumat verib.
Məlumata görə, Çaman nənəsi ilə birlikdə ailə mərasiminə qatılıb və bir neçə dəfə masadan desert (şirniyyat) götürüb.
Mərasimi qida ilə təmin edən səyyar yemək şirkəti əməkdaşı bir neçə şirniyyata görə uşağa əsəbiləşərək onu tutub, ocağın yanına gətirib. Uşaq onun əlindən dartılaraq qaçmağa çalışsa da tarazlığını itirib və birbaşa odun içinə düşüb.
Uşağın qışqırıq səsinə gələn qonaqlar onu ağır yanıq xəsarətləri aldığı ocağın içindən çıxarıb. Uşaq səhhəti kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ofisiant hadisə yerindən qaçıb və hazırda polis onu axtarır. (Oxu.az)









