Toylar başlayır: Ət bahalaşacaqbackend

Toylar başlayır: Ət bahalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyun ayında hökumət Azərbaycanda ətin qiymətinin ucuzlaşacağı anonsunu versə də, bunun tam əksi müşahidə edilir. Belə ki, bir neçə gün əvvəl ətin qiyməti 12 manata, hazırda isə 13 manata qədər bahalaşıb. Quzu ətinin qiyəti isə dəyişməyib – 15 manat.

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan satıcılar bahalaşmanı yem və otun qiymətinin qalxması ilə əlaqələndirirlər. Əslində qəssablar da bahalaşmadan narazıdılar. Onlar qiymət artımının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini bildirirlər.

Bununla belə, ət satışı məntəqələri məhərrəm və səfər aylarından sonra ətin yenidən bahalaşacağını istisna etmirlər: “Hazırda toylar yoxdur, ətə tələbat da yoxdur. Amma sentyabrdan toylar başlayanda ətin 15 manata qədər bahalaşacağı gözlənilir. Qiymət artımı bizdən asılı olan məsələ deyil. Burada heç kəndli də günahkar deyil. Yem, ot bahadır. Kəndli də bir danaya edilən qulluq, çəkilən xərci çıxarmalıdır ki, qazancı olsun”.

Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (məhərrəm və səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Avqustun 28-də məhərrəm ayı başa çatıb, 29-dan isə səfər ayı başlayıb və sentyabrın 26-da başa çatacaq.