KoronaVirus İnformasiya Portalı
Toyların keçirilməsinə icazə veriləcək – AÇIQLAMAbackend

Toyların keçirilməsinə icazə veriləcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən etibarən qapalı məkanlarda yerində xidmət edilməsinə icazə verilib.

Son günlər ardıcıl yumşaldılmaların olması, toyların keçirilməsinə icazə verilməsi məsələsi gündəmə gəlib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən millət vəkili Aqil Abbas yoluxma sayında azalma və sağalanların yoluxanları üstələməsinin toyların keçirilməsi üçün şərait yaratdığını bildirib: “Əgər insanların müəyyən məkanlarda bir yerə toplanmasına icazə verilirsə, toylara da icazə verilə bilər. Əlbəttə ki, müəyyən qaydalar və qadağalar əsasında etmək olar.

Toya isə maksiumum 150-200 nəfər dəvət etmək lazımdır. Amma dediyim kimi, toyda karantin qaydalarına ciddi şəkildə nəzarət olunmalıdır. Çünki bizim toylarda insanlar sıx və yaxın təmasda çox olur. Bu isə indiki məqamda çox risklidir.

Hər bir halda bir vətəndaş, millət vəkili kimi toyların keçirilməsinə iczə verilməsini istəyərəm.

Düşünürəm ki, yaxın zamanlarda Operativ Qərargah bu məsələ ilə bağlı da lazımı qərarlar verəcəklər”.