ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq 2026-cı ilin yanvarında səlahiyyət müddəti başa çatan kimi Donald Tramp administrasiyasını tərk edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” dörd məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, Kelloq istefa vermək niyyəti barədə etibarlı adamlarına məlumat verib.
General-leytenantın gedişinin Kiyev üçün itki olacağını vurğulayan agentlik vurğulayıb ki, məhz Kelloq Tramp administrasiyası daxilində Ukraynanın əsas dəstəkçisi hesab olunurdu. O, Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarını indiki administrasiyanın digər üzvləri ilə müqayisədə daha sərt şəkildə pisləyir.
KİV-in məlumatına görə, Kelloq Ukraynanın ərazi güzəştlərini ehtiva edən yeni sülh planını təşviq edən xüsusi elçi Stiv Uitkoffla münaqişəsi baş verib. Prezidentin xüsusi nümayəndəsi müvəqqəti vəzifədir. Bu vəzifənin 360 gündən çox olmayan müddətini Senat uzada bilər.
Xatirə SADİQ













