ABŞ Prezidenti Donald Tramp portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə futbol oynadığını bildirib – lakin bu, süni intellekt (AI) texnologiyası vasitəsilə mümkün olub.
NOCOMMENT.az xəbər verir ki, Tramp qeyd edib ki, Ronaldo barədə yüksək fikirdədir.
O, futbolçunu “möhtəşəm oğlan” adlandırıb və əlavə edib ki, Ronaldo “çox ağıllı və superdir”.
Trampın bu paylaşımı sosial şəbəkələrdə geniş maraq doğurub və AI ilə yaradılmış interaktiv məzmunun populyarlığını bir daha göstərib.













