Ukrayna prezidenti Volodimir Zelenski və komandası amerikalı həmkarı Donald Trampın Putinlə telefon söhbətindən Vaşinqtonda xəbər tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr qeyd edib ki, Vaşinqtona gələn Zelenski son günlər ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşü və onun uzaqmənzilli “Tomahavk” raketlərini tədarük etməyə hazır olması ilə bağlı çox nikbin olub.
Lakin Endryus Hərbi Hava Qüvvələri bazasına endikdən az sonra Ukrayna prezidenti və komandası Trampın Putinlə danışdığını və onunla Avropa İttifaqında Ukraynaya ən az dost olan Macarıstanda görüşməyə razılaşdığını öyrənəndə təəccüblənib.
Xatirə SADİQ