Tramp gələn həftə həbs olunacaq? – Vəkilindən açıqlamalarbackend

Tramp gələn həftə həbs olunacaq? – Vəkilindən açıqlamalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trump Tower” qarşısında anti-Tramp qrupları “Trampa həbsxana paltarı geydirin” yazılan plakatlar qaldırsa da, Tramp tərəfdarları isə ABŞ bayrağı açaraq onu suçlayanları qanunsuzluqla ittiham etdilər.

NOCOMMENT.az xəbər verir ki, Trampın vəkili isə müdafiə vəkillərinin Trampa qarşı ittihamları ehtiva edən ittihamnaməni görmədiyini və əlində yalnız mətbuatda çıxan xəbərlərin olduğunu bildirib.

BBC Türkcədəki xəbərə görə, Co Takopina “CBS” kanalına Trampın hüquq qrupunun cümə axşamı axşama qədər ittihamnamədən xəbərləri olmadığını bildirib.

O, münsiflər heyətinin qərarını “siyasi təqib” kimi şərh edib.

Takopina, həmçinin  “ABC News”a verdiyi açıqlamada Trampın məhkəmədə qandallanmayacağını bildirib.

NOCOMMENT.AZ