ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Tramp keçmiş prezident Barak Obamanın dövründə imzalanmış nüvə sazişini ləğv etməsinin dünya təhlükəsizliyi baxımından həlledici addım olduğunu bildirib.
Onun sözlərinə görə, əgər həmin razılaşma qüvvədə qalsaydı, İran artıq nüvə silahı əldə etmiş və İsrailə, eləcə də digər ölkələrə qarşı istifadə etmiş olardı.
“Əgər mən Obamanın nüvə sazişini pozmasaydım, İran artıq İsraili və başqa ölkələri nüvə silahı ilə məhv etmişdi”, – deyə ABŞ prezidenti Donald Tramp vurğulayıb.
Tramp əlavə edib ki, İranın nüvə imkanlarının qarşısının alınması ABŞ administrasiyasının əsas prioritetlərindən biri olaraq qalır. Onun bu açıqlaması beynəlxalq aləmdə yeni müzakirələrə səbəb olub. /musavat.com/













