Tramp Putinlə Azərbaycan haqda bunları danışıb – Özü açıqladı / VİDEObackend

Tramp Putinlə Azərbaycan haqda bunları danışıb – Özü açıqladı / VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparması barədə danışıb.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp bu haqda Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edərkən bəhs edib.

Onun çıxışı isə Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.

“Mən bir çox müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycanda, orada nələrin baş verdiyini bilirsiniz. Mən bu problemi həll etdim. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib dedi: “İnana bilmirəm, sən hər şeyi həll etdin; biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”. Mən dedim ki, “bu barədə narahat olma. Sadəcə imkan ver, sənin lənətə gəlmiş müharibəni (Ukrayna müharibəsi – red.) həll edim. Mənim köməyə ehtiyacım yoxdur”, – Ağ Evin rəhbəri bildirib.