Tramp seçki yarışına başladıbackend

Tramp seçki yarışına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il ABŞ prezident seçkilərində iştirak edəcəyini açıqlayan ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilk seçki mitinqini keçirib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Co Baydeni tənqid edən Tramp Rusiya-Ukrayna müharibəsini 24 saata bitirə biləcəyini təklif edib.

Tramp bu dəfəki seçkilərdə “daha qəzəbli” və “daha qətiyyətli” olduğunu söyləyib.

Cənubi Karolinada tərəfdarları ilə görüşən Tramp Respublikaçılar Partiyası üçün ən uyğun namizəd olduğunu bildirib.

Qalib gəlmək üçün ən uyğun namizəd olduğunu bildirən Tramp, “2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır və ilk gündən bunu etməyə hazır olan bir liderə ehtiyacımız var” dedi.