Yaponiyanın Baş naziri Sanae Takaiçinin ABŞ Prezidenti Donald Trampı fəxri qarovul qarşısında müşayiəti zamanı yaranmış naqolay vəziyyətlə bağlı video sürətlə internetdə yayılıb.
NOOMMENT.az xəbər verir ki, ABŞ prezidentinin qarşılanma mərasimində salamlamaq fraqmentinin videosunu X sosial şəbəkəsində Acyn nikli istifadəçi paylaşıb.
Bu post 2 milyondan çox baxış, yüzlərlə şərh və minlərlə reaksiya toplayıb.
Acyn videoya yazdığı postda Yaponiyanın baş nazirinin “otaqda Trampı apardığını” vurğulayıb, bəzi istifadəçilər isə Trampın “çaşqın göründüyünə” diqqəti cəlb ediblər.
Honq-Konqun “Phoenix TV HK” kanalı anlaşılmazlığın yarandığını, Trampın Takaiçinin önünə keçdiyini, baş nazirin isə arxada qaldığını vurğulayıb.
Ağ Ev Rapid Response 47 hesabında mərasimin tam videosunu yerləşdirərək viral tvit müəllifinə “Niyə tam videonu paylaşmadın, axmaq?” sualını veriblər.
Xatirə SADİQ









