Tramp üçüncü dəfə namizəd ola bilməyəcəyini bəyan etdi – “O izn vermir…”backend

Tramp üçüncü dəfə namizəd ola bilməyəcəyini bəyan etdi – “O izn vermir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə prezident qalmaq cəhdlərini istisna edib.

NOCOMMENT.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ pezidenti Koreyaya gedərkən “Air Force One” təyyarəsindəki jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, o, “bir neçə prezidentin uzun illər ərzində əldə etdiyi ən yaxşı rəqəmlərə” malikdir. Lakin ABŞ Konstitusiyasında aydın şəkildə yazılıb ki, o, üçüncü müddətə namizəd ola bilməz.

“Əgər onu oxusaq, orada hər şey çox aydındır. Mən namizədliyimi irəli sürə bilmərəm. Bu, çox pisdir. Amma bizim çoxlu gözəl insanlarımız var”, – prezident deyib.

Konstitusiyaya əlavə edilən 22-ci düzəlişdə deyilir ki, heç bir şəxs iki müddətdən artıq ABŞ prezidenti seçilə bilməz.

Xatirə SADİQ