Tramp üstü qapalı təhdid etdibackend

Tramp üstü qapalı təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp kino aktyoru Stormi Danielsə münasibətləri barədə “sus payı” ödədiyini və ödənişin kampaniya resurslarından qanunsuz olaraq edildiyini əsas gətirərək Nyu-York prokurorlarının başlatdığı istintaqla bağlı danışıb.

NOCOMMENT.az xəbər verir ki, o,  bu barədə qurduğu sosial media platforması “Truth Social”-a açıqlama verib.

Kəskin ifadələri ilə bir daha heç bir cinayət törətmədiyini bildirən Tramp: “Hər kəs heç bir cinayət törətmədiyini bildiyi halda, ABŞ-ın prezident seçkiləri tarixində hər hansı digər prezidentdən daha çox səs toplayan və bu günə qədər Respublikaçılar Partiyasının indiyədək əsas namizədi olan ABŞ-ın keçmiş prezidentini necə ittiham edə bilər? Həm də məlum deyilmi ki, belə əsassız ittihamın gətirə biləcəyi potensial ölüm və dağıntılar ölkəmiz üçün fəlakət ola bilər? Niyə kimsə belə bir şey etsin? Yalnız ABŞ-a nifrət edən korrupsioner psixopat” ifadələrini səsləndirib.

Ona qarşı hər hansı cinayət ittihamını rədd edən Tramp açıqlamasında Manhetten dairə prokurorunun onu istintaqla bağlı həbs edəcəyini bildirərək tərəfdarlarını etiraza çağırıb.

NOCOMMENT.AZ