Tramp yenə Baydeni ittiham edibbackend

Tramp yenə Baydeni ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, hazırkı dövlət başçısı Co Bayden səriştəsizliyinə görə Rusiya, Çin və Şimali Koreya liderləri ilə əlaqə saxlaya bilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın WGAL telekanalı məlumat yayıb.

Trampın sözlərinə görə, Bayden o qədər bacarıqsızdır ki, nə etdiyini bilmir. Ona görə də o, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin və Şimali Koreya lideri Kim Çen Inla iş görə bilmir. 

Sabiq prezident qeyd edib ki, indiki dövlət başçısı ABŞ-da demokratiya üçün təhlükə yaradır. Tramp 2020-ci il prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığına inandığını bildirib. O bildirib ki, ölkədə ədalətli və azad seçkilər, eləcə də pozuntular baş verərsə, onların nəticələrinə etiraz etmək hüququ lazımdır.