ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Rusiya ilə əməkdaşlıq edən bütün ölkələrə qarşı ciddi sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, sözügedən layihəyə İranın da daxil edilməsi müzakirə edilir.
“Respublikaçılar Rusiya ilə biznes edən istənilən ölkəyə çox sərt sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi təqdim edirlər. Eşitmişəm ki, onlar İranı da siyahıya salmağı planlaşdırırlar. Bu, mənim üçün tam uyğundur”, – Tramp vurğulayıb.
Trampın bu açıqlaması Vaşinqtonun Rusiya ilə iqtisadi əlaqələri olan dövlətlərə qarşı təzyiq siyasətini daha da sərtləşdirməyə hazırlaşdığını göstərir.
Amerikalı politoloqlar hesab edirlər ki, belə bir qanun qəbul olunsa, bu, qlobal ticarət sistemində ciddi dəyişikliklərə və yeni geosiyasi gərginlik dalğasına səbəb ola bilər.
ABŞ-ın mümkün sanksiyaları xüsusilə enerji, müdafiə və maliyyə sektorlarında Rusiya ilə əməkdaşlıq edən ölkələri hədəfə ala bilər.









