ABŞ Prezidenti Donald Tramp Asiya turu zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşün təşkilinə nail ola bilməyib.
NOCOMMENT.az bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumata görə, ABŞ prezidenti Cənubi Koreya Prezidenti Li Çje Menlə görüşü zamanı Koreya yarımadasının şimalı və cənubu arasında uzun müddətdir davam edən gərginliyə diqqət çəkib: “Bütün bunları həll etmək üçün nə edilə biləcəyini görəcəyik”.
Sonra o, əlavə edib ki, bu səfər zamanı Kim Çen Inla görüş barədə razılığa gələ bilməyiblər.
Koreyalı həmkarı ilə görüşdən öncə isə Tramp jurnalistlərlə ünsiyyəti zamanı Kim Çen In ilə “həmişə çox yaxşı münasibətdə olduğunu” vurğulayıb. O, bildirib ki, Asiya turu zamanı iş qrafikinin çox olması səbəbindən ikitərəfli görüşün baş tutub-tutmayacağına əmin deyil.
Sabah Cənubi Koreyada Trampın Çin Prezidenti Si Cinpinlə görüşü planlaşdırılır.
Xatirə SADİQ









