Trampın sərvəti iki ayda bu qədər azalıbbackend

Trampın sərvəti iki ayda bu qədər azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın sərvəti iki ayda 1,1 milyard dollar azalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.

Sentyabrda rekord göstərici olan 7,3 milyard dollardan noyabrın sonunda 6,2 milyard dollara düşüb.

ABŞ prezidenti “Trump Media” texnologiya şirkətinin səhmlərinin dəyərinin düşməsi səbəbindən sözün əsl mənasında kasıblaşıb – son üç ayda onların NASDAQ birjasında dəyəri 42 faiz ucuzlaşıb.

Bu arada, 2025-ci ilin əvvəlində ABŞ prezidenti Donald Trampın xalis sərvəti iki dəfədən çox artıb . 2024-cü ildə onun ümumi sərvəti 2,3 milyard dollar qiymətləndirilirdisə, 2025-ci ilin əvvəlində Trampın sərvəti 5,1 milyard dollara çatıb. Bu artım əsasən kriptovalyutaya sərfəli investisiya ilə bağlı olub. Amerika prezidentinin əsas sərvəti daşınmaz əmlakdır.