Trampın sui-qəsdini “görən” kahin-keşişdən şok proqnozbackend

Trampın sui-qəsdini “görən” kahin-keşişdən şok proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də yaxın günlərdə güclü zəlzələ baş verə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oklahomadan olan keşiş Brendon Deyl Biqs proqnoz verib.

Keşişin sözlərinə görə, zəlzələ Qüdsün bölünməsi cəhdindən üç gün sonra baş verəcək:

“Rəbb mənə dedi… Üç günlük bir pəncərə görəcəksiniz. Bu, insanların qaçması üçün zamandır”, – Biqs minlərlə insanın ölümünə səbəb ola biləcək fəlakət barədə xəbərdarlıq edib.

Keşiş zəlzələnin Nyu Madrid fay xətti boyunca baş verəcəyini iddia edib:

“Proqnozlaşdırılan zəlzələ Missuri, Arkanzas, Tennessi, Kentukki və İllinoys ştatlarına təsir edəcək və ölənlərin sayı yüz minlərlə olacaq”.

Qeyd edək ki, Brendon Biqs ABŞ Prezidenti Donald Trampa qarşı edilən sui-qəsd cəhdini üç ay əvvəl proqnozlaşdırması ilə məşhurlaşıb.