Kiyev türk diplomatiyasının gücünə və onun Moskvada eşidilib başa düşülməsi qabiliyyətinə güvənir.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə müharibənin başa çatmasında mühüm tərəfdaş olaraq qalır və əsas proseslərin irəliləməsinə şərait yaradır.
Zelenski ölkəsinin ilin sonuna qədər əsir mübadiləsini bərpa etməyə çalışdığını vurğulayıb və Ankaranın bu məsələdə əhəmiyyətli dəstəyini yüksək qiymətləndirib.
O, qeyd edib ki, son həftələr müharibənin sona çatdırılmasına yönəlmiş bir çox diplomatik və hərbi proseslər sürətlənərək vüsət alıb.
“Adamlar aydın şəkildə görürlər ki, Qara dənizin təhlükəsizliyi nə qədər vacibdir və bu, yalnız Türkiyə ilə tərəfdaşlıq şəraitində təmin edilə bilər”, – o, bildirib.
Xatirə SADİQ












