Türk ekspert: Qazaxıstan bu halda parçalana bilərbackend

Türk ekspert: Qazaxıstan bu halda parçalana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatları bölgələrdə istifadə edilən əsas ünsürlərdir. Qazaxıstandakı hadisələri isə xüsusi xidmət orqanları təşkil edirlər.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında terrorizm, təhlükəsizlik, xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə ekspert Həsən Məsud Öndər deyib.

“Bura xarici kəşfiyyat qruplarının Qazaxıstanın içində istifadə etdikləri casuslar, terror qrupları və fərqli sosial qruplar daxildir. Bundan əlavə, digər ölkələrin vətəndaşları küçə hadisələrini təhrik edə bilərdilər.

Terror təşkilatları təkbaşına bu miqyaslı ictimai hərəkatı təşkil edə bilməzlər. Bunun arxasında bir neçə xüsusi xidmət orqanı durur, terror təşkilatları isə onların subpodratçılarıdır”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, Qazaxıstan hökuməti bu işi təşkil edən əsas kadrlara və xalqı qızışdıran terror şəbəkəsinə müdaxilə etməyi bacardığı təqdirdə, vəziyyəti nəzarət altına ala bilər, əks halda, ölkə parçalanacaq.