Türk komandalarından Avropada QƏLƏBƏbackend

Türk komandalarından Avropada QƏLƏBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrokuboklarda mübarizə aparan Türkiyə komandaları bu həftə keçirdikləri bütün matçlarda qalib gəlib.

NOCOMMENT.az xəbər verir ki, UEFA Çempionlar Liqasında qruplarda qalmaq uğrunda mübarizə aparan “Qalatasaray” 3-cü təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya Lyublyana” ilə ilk səfər matçında 3:0 hesabı ilə qalib gəlib.

Türkiyə komandaları UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk görüşlərini məğlubiyyətsiz başa vurub.

Günün ilk matçında “Beşiktaş” səfərdə təmsilçimiz “Neftçi”ni 3:1 hesabı ilə məğlub etdiyi halda, ” Fənərbağça ” Kadıköydə qonaq olan Sloveniya komandası “Maribor”u eyni hesabla məğlub edərək cavab matçları öncəsi üstünlüyə sahib olub.

Türkiyə komandalarından isə “Adana Dəmirspor” ən yüksək qolla qələbə qazanıb. Adana komandası Xorvatiya təmsilçisi Osijek’i meydanda 5-1 hesabı ilə məğlub etməyi bacarıb.

Bu nəticələrindən sonra Türkiyə UEFA-nın ölkə xal sıralamasında 10-cu yerdə qərarlaşıb. Türkiyənin ümumi balı 29.350 olub.

Qeyd edək ki, Türkiyə bu mövsümə UEFA ölkə hesabında 13-cü pillədə başlayıb.