Türk xalqı ilə birlikdə yas saxlayırıq – Peskovbackend

Türk xalqı ilə birlikdə yas saxlayırıq – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Peskov, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və ümumilikdə 10 şəhərə təsir edən zəlzələlərdən sonra Türkiyəyə kömək etməyə hazır olduqlarını ifadə edib. 

NOCOMMENT.az xəbər verir ki,o, zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Moskvadakı səfirliyini ziyarət edib.

Kreml sözcüsü “Türk xalqı ilə birlikdə yas saxlayırıq. Türkiyə dəyərli və vacib qonşudur. Biz tarixən bağlıyıq” deyə qeyd edib.

Səfir Mehmet Samsara başsağlığı verən Peskov, səfirlikdə zəlzələlərdə həyatını itirənlərin xatirəsinə açılan başsağlığı dəftərini imzalayıb.

Dəftəri imzaladıqdan sonra AA müxbirinə açıqlama verən Peskov Türkiyənin və türk xalqının yanında olduqlarını bildirib.

NOCOMMENT.AZ