Türkiyə Rusiyadan taxıl tədarükü üçün özünü tranzit ölkə kimi təklif edəcəkbackend

Türkiyə Rusiyadan taxıl tədarükü üçün özünü tranzit ölkə kimi təklif edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan danışıqlarda Rusiya kənd təsərrüfatı məhsullarının digər dövlətlərə tədarükü üçün Türkiyə ərazisindən tranzit ölkə kimi istifadəni təklif edə bilər. 

NOCOMMENT.az bu barədə TASS-a istinadən xəbər verir.

“Tərəflər Rusiya buğdasının Türkiyəyə tədarükü, ondan un emalı və daha sonra yoxsul Afrika dövlətlərinə tədarükü layihəsini müzakirə edir. Bu struktura Türkiyənin Rusiyanın kənd təsərrüfatı məhsulları üçün tranzit ölkə kimi istifadə edilməsi təklifi də əlavə oluna bilər. Rusiya tərəfinin marağına diqqət yetirmək və onun taxıl sövdələşməsinə qayıtmasını asanlaşdırmaqdır”, – deyə o izah edib.

Mənbə əlavə edib ki, Rusiya taxıl və gübrə ixracı yolunda maneələrin aradan qaldırılması ilə bağlı tələblərini yerinə yetirmək üçün Qərbin əməkdaşlığa hazır olduğunu görməlidir.

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın əvvəlində Soçidə keçirilə bilər. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.