Türkiyə supergüc oldu, nə edəcəyik?- Alman nəşrindən təşvişli sözlərbackend

Türkiyə supergüc oldu, nə edəcəyik?- Alman nəşrindən təşvişli sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusunun Türkiyədən aldığı pilotsuz uçan aparatlardan (PUA) Qarabağ savaşında məharətlə istifadə etməsi Almaniyanın siyasi partiyalarını hərəkətə gətirib.

NOCOMMENT.az xəbər verir ki, “Junge Welt” qəzetinin məlumata görə, Almaniyada fəaliyyət göstərən Liberal və digər siyasi partiyalar Müdafiə Nazirliyinə belə bir sorğu göndərib: “PUA-lara qarşı nə edəcəksiniz? Büdcəniz varmı? Bununla bağlı hansı işləri görürsünüz?”.

Müdafiə Nazirliyi parlament partiyalarının suallarına “Bunların vacibliyini bilirik” cavabını verib, lakin büdcələrinin olmadığını açıqlayıb.

Liberal Partiyanın Müdafiə Komitəsinin sədri Aleksandr Müller alman ordusunda PUA-lara qarşı müdafiədə çox böyük boşluğun olduğunu deyib. O, buna görə, Angela Merkel hökumətini tənqid edib.

“Junge Welt” Türkiyəni “supergüc” adlandırıb və bunun səbəbinin Qərbin tətbiq etdiyi sanksiyalar olduğunu yazıb: “Hər şey qeyri-rəsmi boykotla başladı. Türkiyə 2016-cı ildə NATO-dan döyüş dronları almaq istədi. Amma ABŞ və İsrail bu istəyə müsbət cavab vermədi. Sonra türk şirkətləri işə başladı və “TAI-Anka” və “Bayraktar” beynəlxalq sektorun ən müasir məhsulları oldu. Türkiyə bu gün ona sanksiya tətbiq edənlərə minnətdardır”.

Qəzet Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı Türkiyə və İsrail dronlarının Qarabağ müharibəsində həlledici rol oynadığını yazıb: “Bu, sadəcə müharibə üçün silah istehsal etmə və təhvil vermə istedadı deyil, eyni zamanda, hərbi baxımdan ümid yaradan istedaddır. Bu, Ankaraya bölgədə real və həlledici güc olmasına imkan yaratdı”.
Teleqraf.com