Sumqayıtda Türkiyə vətəndaşı mənzilində ölmüş halda tapılıb.
NOCOMMENT.az xəbər verir ki, Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yaşayan, 1968-ci il təvəllüdlü Türkiyə vətəndaşı Tastan Ömər öz mənzilində ölü vəziyyətdə aşkarlanıb. İlkin məlumata görə, onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Ölümün dəqiq səbəbi tibbi ekspertiza tərəfindən müəyyənləşdiriləcək.













