Türkiyə Xarici İşlər Nazirliyi: Ayasofya Türkiyənin mülkiyyətidirbackend

Türkiyə Xarici İşlər Nazirliyi: Ayasofya Türkiyənin mülkiyyətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hökuməti Ayasofyanın ölkənin mülkiyyəti olduğunu və hər cür qənaət səlahiyyətinin özünə aid olduğunu vurğuladı.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən yayınlanan 2019-cu il üçün Beynəlxalq Dini Azadlıqlar Hesabatının Türkiyə ilə əlaqədar hissələrinə nazirlik adından yazılı cavab verib. Şərhdə yazılır: “ABŞ Dövlət Departamentinin 10 iyun 2020-ci ildə dərc etdirdiyi 2019-cu il üçün Beynəlxalq Dini Azadlıqlar Hesabatının Türkiyə ilə bağlı hissəsi yenə qaynağı naməlum iddialar ehtiva edən, obyektivlikdən uzaq bir dillə qələmə alınıb. Türkiyə din və ibadət azadlıqlarının bütün vətəndaşlarımız üçün ayrı-seçkilik güdülmədən qorunması və inkişaf etdirilməsi hədəfini konkret addımlarla həmişə dəstəkləməkdədir. Ölkəmizdə fərqli din və inanc sahibləri dinc və uyğunluq şəraitində yaşayır.

Türkiyə son 20 ildə müsəlman olmayan vətəndaşlarımızın haqq və azadlıqlarının qorunması, xoş və qarşılıqlı anlayış mühitində mühafizəsi üçün mühüm addımlar atıb. Hər bir vətəndaşımız haqqlardan bərabər şəkildə faydalana bilir və ayrı-seçkilik görmür.

Hesabatda Ayasofya və Kariye ilə bağlı yenə son dövrdə edilən bəzi şərhləri heyrətlə qarşılayırıq. Çünki Ayasofya və Kariye Türkiyə cümhuriyyətinin mülkiyyətindədir və hər cür qənaət səlahiyyəti Türkiyənin daxili işləridir. Bu əsərlərə dair verilmiş və ya veriləcək qərarlar başqa ölkələrə aid deyil.

Dövlətimiz torpaqlarındakı bütün mədəni və dini əsərlərinin dəyərini bilir və bunları mükəmməl şəkildə qoruyur.

Türkiyənin dini azadlıqların qorunması mövzusundakı iradəsi və atılan konkret addımlar ortadaykən, əksinə, İslam əleyhdarlığı, anti-semitizm, irqçilik və xarici düşmənliyi ABŞ-da sürətlə yüksələrkən Amerikanın bu cür hesabatlarla dünya ictimaiyyətinin diqqətini ölkəsindəki problemlərdən başqa yönlərə çəkməyə çalışması tragikomediyadır.

Hesabatdakı heç bir əsası olmayan qərəzli ifadələri rədd edir, ABŞ-ı dini azadlıqlar və insan haqqları mövzusunda öz daxili işlərilə məşğul olmağa çağırırıq.” / TRT Azərbaycan