Türkiyə xəbərdarlıq etdi: İcazə verilməməlidir!backend

Türkiyə xəbərdarlıq etdi: İcazə verilməməlidir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Liviyada martın 8-də keçiriləcək Milli Razılıq Hökumətinə etimad səsverməsinin müzakirə ilə bağlı bəyanat yayıb.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, bəyanatda demokratiya adına atılan bu addımın Liviyada daimi sülhün təmin edilməsi üçün vacib bir fürsət olduğu bildirilib.

“Liviyalı qardaşlarımızın dialoq və milli konsensus əsasında atdığı bu addım ölkədə daimi sülhün təmin edilməsi üçün vacib bir fürsətdir. Bu tarixi fürsətin Liviyadakı bəzi ölkələrin hesab və mənfəətləri uğrunda məhv edilməsinə icazə verilməməlidir”, – bəyanatda qeyd edilib.