KoronaVirus İnformasiya Portalı
Türkiyə XİN: Son hücumlar Ermənistanın acizliyinin göstəricisidirbackend

Türkiyə XİN: Son hücumlar Ermənistanın acizliyinin göstəricisidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki insanları hədəf alan bugünkü hücumları Ermənistanın qanunları tanımadığının yeni təzahürüdür.

NOCOMMENT xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir:

“Bu hücumları qınayırıq. İşğal etdiyi Azərbaycan ərazilərində məğlubiyyətlə üzləşən Ermənistan, başda Cenevrə Konvensiyası olmaqla, bütün humanitar hüquq prinsiplərini pozur və işğal etdiyi ərazilərdən kənardakı mülki yaşayış məntəqələrinə hücum edir”.

Türkiyə XİN-i bu hücumları Ermənistanın çarəsizliyinin göstəricisi adlandıraraq, bu addımların onların insanlığa qarşı cinayətlər törətməkdən çəkinməyəcəyini bir daha nümayiş etdirdiyini bildirib.

“Əvvəlcədən söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir. Ermənistanın təxribatına uymayacağını, beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququndan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istifadə etdiyini və mülki əhaliyə ziyan vurmamaq üçün əlindən gələni etdiyini bildirən Azərbaycanın bu münasibətini dəstəkləyirik”, – deyə sənəddə vurğulanıb.