Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb.
Bundan dörd dəqiqə sonra, saat 07:20-də eyni bölgədə 4,2 maqnitudalı, ardından 07:21-də yenə 4,2 bal gücündə iki zəlzələ baş verib. Bu zəlzələlərin dərinlikləri müvafiq olaraq 7 və 7,89 kilometr olub.
Xatırladaq ki, 10 avqust və 27 oktyabr tarixlərində Sındırqıda baş verən 6,1 maqnitudalı güclü zəlzələlərdən sonra bölgə “Ümumi Həyata Təsir Edən Fəlakət Bölgəsi” elan edilmişdi.













