Türkiyədə bazara silahlı hücum olubbackend

Türkiyədə bazara silahlı hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kayseri vilayətinin Kocasinan rayonunda aralarında düşmənçilik olduğu iddia edilən 2 nəfərin silahlı hücumu nəticəsində 2 işçi yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, bazarda biznesmen olan Harun K. və İbrahim E. düşmənçilik etdikləri iddia edilən Abdullah T. və Kerem T.-nin avtomobillərindən tapançadan atəş açması nəticəsində yaralanıb.

Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Təcili tibbi yardımın göstərdiyi ilk yardımdan sonra başından və ayağından xəsarət aldığı aşkarlanan yaralılar, Kayseri Şəhər Xəstəxanasına çatdırılıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu, polisin hadisə yerindən qaçan şübhəlilərin tutulması üçün işlərə başladığı bildirilib.