Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilən çevrilişlə bağlı xəbərdarlıq etdikdən sonra gecə yarısı Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla təcili iclas keçirib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ziya Osman Açlkel özünün “X” sosial şəbəkə hesabından xəbər verib.
Xəbərdarlıq “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqəsi ola biləcək polislərin səs-küylü şəkildə işdən çıxarılmasından sonra edilib.
Ərdoğana xəbərdarlıq edən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının sözlərinə görə, hər şey 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdinin təkrarlanması ehtimalına işarə edir.
Türkiyə prezidentinin Ədalət və İnkişaf Partiyasının toplantısında bu məsələ ilə bağlı mühüm açıqlamalar verməsi gözlənilir.
Xatırladaq ki, 7 sentyabr 2023-cü ildə Ankara Esenboğa hava limanında saxlanılaraq həbs edilən Ayhan Bora Kaplan da daxil olmaqla 61 nəfərə qarşı cinayət işinin araşdırılması davam edir.