Türkiyədə dəhşətli qəza – 11 ölü, 57 yaralı varbackend

Türkiyədə dəhşətli qəza – 11 ölü, 57 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin şimal-qərbində baş verən dəhşətli qəzada azı 11 nəfər ölüb, 57 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, TRT telekanalının məlumatına görə, Sakarya vilayətində şəhərlərarası magistral yolda 7 avtomobil toqquşub.

Qəzada 3 avtobus, bir yük maşını və daha üç avtomobil iştirak edib. Ölən və yaralananların sayı ilə bağlı məlumatı Sakarya valisi Yaşar Karadeniz təsdiqləyib. O, qeyd edib ki, həkimlər zərərçəkənləri xəstəxanalara çatdırmaqda davam edir, qəza yerində mütəxəssislər işləyir.

Qəzanın səbəbləri barədə hələ ki, məlumat yoxdur. Maşınlar hazırda müvəqqəti olaraq İstanbul istiqamətində bağlanan Şimali Mərmərə magistral yolu ilə İstanbul istiqamətində hərəkət edirdi. Qəza yerindən çəkilmiş görüntülərdə sıx duman görünür.