Türkiyədə deputat çıxışı zamanı huşunu itirdi – VİDEObackend

Türkiyədə deputat çıxışı zamanı huşunu itirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxalifət partiyalarından Səadət Partiyasının sədr müavini Həsən Bitməz parlamentdə çıxış edərkən huşunu itirib.

NOCOMMENT.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Türkiyə Böyük Millət Məclisinin ümumi iclası zamanı baş verib.

Belə ki, H. Bitməz parlamentdə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları tənqid edib və hakim Ədalət və İnkişaf Partiyasını buna kifayət qədər reaksiya verməməkdə ittiham edib. Çıxışı zamanı onun halı pisləşib və huşunu itirərək yerə yıxılıb. Bu zaman onun başı kürsüyə qalxan pilləkənlərə dəyib. Bitmez dərhal xəstəxanaya aparılıb.