Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu -VİDEObackend

Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda dördmərtəbəli hotel uzunlüləli silahlardan atəşə tutulub.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, güllələrdən bəziləri sərnişinlərlə dolu hərəkət edən metrobusa da dəyib.

Hücum edən şəxslər qaçıblar. Hadisə yerinə polis qrupları cəlb edilib, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Metrobusdakı sərnişinlər qısa müddətdə təxliyə edilib. Metrobusda və hoteldə xəsarət alan olmayıb.

Araşdırma zamanı hoteldə və onun ətrafında uzunlüləli silahlara aid çox sayda boş patron aşkar edilib.

Cinayətkarların tutulması istiqamətində əməliyyatlara başlanılıb.