Türkiyədə kənd sakini həftəyə 10-13 qram qızıl tapır – FOTObackend

Türkiyədə kənd sakini həftəyə 10-13 qram qızıl tapır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Zonguldakda Alaplı və Yığılca arasındakı dərədə qızıl tozu aşkarlanıb.

NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, İsmail Uslu adlı şəxs artıq iki ildir ki, qeyd edilən ərazidən qızıl çıxardığını bildirib.

68 yaşlı İsmail bu hobbinin onu maddi çətinliklərdən xilas etdiyini deyib.

O qızılı palçıqlı suların içindən axtarıb tapır. İsmail əvvəllər ovçuluqla məşğul olub. Amma o daha heyvanları ovlamadığını, çayxanada boş vaxt keçirmək əvəzinə gəlib dərədə qızıl axtardığını bildirib. İsmail qızılı tapmaq üçün bahalı alətlərdən istifadə edir.

O həftəyə təxmini 10-13 qram qızıl tapır.