Türkiyədə kilsə və sinaqoqlara hücuma hazırlaşan 25 İŞİD üzvü həbs olunubbackend

Türkiyədə kilsə və sinaqoqlara hücuma hazırlaşan 25 İŞİD üzvü həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində kilsə və sinaqoqlara hücuma hazırlaşmaqda təqsirləndirilən 25 nəfər həbs olunub.

NOCOMMENT.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən il dekabrın 29-da Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbə Müdirliyinin həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan 32 şübhəlidən 25-i həbs edilib.

Onlardan 5-i barəsində məhkəmə nəzarəti hökmü tətbiq edilib, 2 nəfəri ölkədən deportasiya olunub, 25 nəfəri isə məhkəmənin hökmü ilə həbs edilib.

Qeyd olunub ki, İŞİD üzvləri olan bu şəxslər ölkə ərazisində sinaqoq və kilsələrə hücuma hazırlaşmaqda şübhəli biliniblər.